RU

"Paylaşaq, dəstək olaq" cümləsi nə qədər doğrudur? - AYDINLIQ GƏTİRİLDİ

“Paylaşaraq real dəstək olmaq cümləsi ilk baxışdan həm müsbət baxışlı, həm manipulativ məqsəd daşıyan bir cümlədir. Faydası olan bu cümlələr yardım kompaniyalarına itkin düşən şəxs və heyvan haqqında məlumatlar toplum üzərindən sosial layihələrdə istifadə olunur və əlbəttə nəticələr verir. Məsələn xəstə insanların sağalması nə qədər çox həmin o xəstə insan barədə kütlənin xəbəri olarsa, bir o qədər çox kütləvi halda o insana həqiqətən dəstək olmaq mümkündür". Bu sözləri SİA-ya açıqlamasında şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç, beynəlxalq dərəcəli təlimçi İlahə Adil deyib.

Onun sözlərinə görə, itkin düşən şəxslər və heyvanlar da, nə qədər çox insan məlumatlı olarsa, bir o qədər onların tez tapılması mümkündür və toplum sosial layihələrdə qan donorluğu, qanuni hüquqlar haqqında maarifləndirmə və insanların savadlılğını artıracaq vəziyyətlərin paylaşılması əlbəttə ki, bugünki gündə real faydalar verir: "Amma bu cümlə eyni zamanda manipulativ istifadə oluna bilir ki, məsələn, duyğusal istismar məqsədilə əgər paylaşımın məqsədi diqqət çəkmək, bəyəni və izləyici kütləsi qazanmaq və yaxudda əsassız və şübhəli kompaniyalardan istifadə etmək,məsələn heç biri təsdiqi olmayan yardım çağrışları, və ailə dram hekayələri ki, bu günki gündə bu sosial şəbəkələr çox dərin bir püsət almışdır.

Eyni zamanda yarımçıq və qeyri şəffaf məlumatlar, yığılan pullar hara gedəcək bilinmir, deyirlər ki, sən təki paylaş.” Paylaş və dəstək ol offis vəziyyətində “”Bu cümlənin altında hansı mənalar yatır”? Kollektiv vicdan və sosial məsuliyyət çağırışı – sanki deyilir ki, sən birbaşa kömək edə bilməsəndə, paylaşaraq dəstəyin bir hissəsi də ola bilərsən. Eyni zamanda sosil təziq elementləri də burada var. Guya paylaşmayanlar məsuliyyətsiz və laqeyiddir. Paylaşırsan sa, insanlıq borcunu yerinə yetirirsən. Passsiv dəstəyin aktiv kimi təqdim olunması real dəstək verməkdirsə, paylaşmaq bəzən yalnız özünü yaxşı hiss etmək effekti yaradır. Yəni daxili boşliuqlarımızı doldurmuş oluruq. Bu cümlə həqiqətən də, doğru konteksdə istifadə olunarsa faydalı və dəyərli ola bilər, amma emosianal manipuliyasiyya və saxta kompaniyalar üçün istifadə edilərsə insanları yanıltmaq potensialına malikdir. Ona görə belə paylaşımlara tənqidi düşüncə ilə yanaşmaq çox vacibdir. Paylaşacağımız məlumatları və hansı vəziyyətdə paylaşılan mövzulara düzgün reaksiya verməyimiz artıq bizim dünyagörüşümüzdən, savadımızdan və təcrübəmizdən aslı ola bilər. Diqqətli olaq, özümüz özümüzü qoruyaq və heç bir halda manipuliyasiyyaya uğramayaq".

Müəllif: Xeyrənsə Piriyeva
Избранный
0
sia.az

1Источники