Luis Campos PSJ klubundakı vəzifəsindən ayrılmayacaq.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi portuqaliyalı funksionerlə yeni müqavilə üçün danışıqlar aparır.

Kampos PSJ-də Football Advisor (məsləhətçi) vəzifəsində çalışır. 

Onunla "Mançester Yunayted" və "Çelsi" klubları yaxından maraqlanırdı.