BAKI, 5 may. TELEQRAF
2025-ci ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 27 milyard 125 milyon 236 min 801 manat təşkil edib.
Teleqraf BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5202 ədəd artaraq 9,694 olub.
BFB-nin dövriyyəsinin artımı repo əməliyyatlarının hesabına olub. Belə ki, dövriyyənin 83,8 faizi və yaxud 22 milyard 728 milyon 231,422 min manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 2,9 dəfə çoxdur.