RU

Alimlər ABŞ-ni tərk edir: Fransa bu fürsəti dəyərləndirmək istəyir

Fransa Prezidenti Emmanuel Makronun açıqlamasına görə, Paris ABŞ-də elmi araşdırmalara maliyyənin azaldıldığı bir vaxtda amerikalı alimlərin Fransaya cəlb olunması üçün əlavə 100 milyon avro ayıracaq.

"Cebheinfo.az" xəbər verir ki, bu təşəbbüs "Avropanı seç" proqramı çərçivəsində həyata keçirilir və Avropa İttifaqına dünyanın müxtəlif yerlərindən tədqiqatçıların cəlb edilməsini hədəfləyir.

Makron bildirib ki, Avropa alimlər üçün “sığınacaq” olmalıdır:

“Məqsəd isə keyfiyyətə əsasən, lazım olan qədər tədqiqatçını Avropaya gətirməkdir, doktorantlardan Nobel mükafatı laureatlarına qədər”.

Avropa ölkələri və Böyük Britaniya, ABŞ-də dövlət xərclərinin azaldılması siyasəti nəticəsində bir çox amerikalı alimin Avropadakı elmi və təhsil müəssisələrinə keçəcəyini gözləyirlər.

Избранный
0
cebheinfo.az

1Источники