RU

"Yatağımın yanında bir Quran var" - Amerikalı məşhur aktyor

“You” serialının ulduzu, məşhur amerikalı aktyor Penn Badqley verdiyi son müsahibədə səsləndirdiyi sözlərə görə gündəmə gəlib. Aktyor gündəlik həyat tərzi, ailəsi və şəxsi maraqları ilə bağlı maraqlı detalları pərəstişkarları ilə bölüşüb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Badqley hazırda ən çox hansı kitabı oxuması ilə bağlı suala verdiyi cavab diqqət çəkib.

 

O, “Yatağımın yanında bir Quran var. Zaman-zaman Qurandan ayələr oxuyub meditasiya edirəm”, – deyərək dinə və ruhi rahatlığa olan marağını dilə gətirib.
Penn Badgleynin bu açıqlaması sosial mediada geniş rezonans doğurub və müxtəlif reaksiyalara səbəb olub.

 

Bəsti Rəfizadə
Sfera.az

Избранный
0
sfera.az

1Источники