RU

"Tavuş sərhədi Ermənistanın müstəqilliyinin təməl daşıdır. Gürcüstandan İrana qədər..."

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan sərhədlərin delimitasiyası prosesinin Gürcüstanla sərhəddən İranla sərhədə kimi aparılacağını deyib. 

Simonyan jurnalistlərlə görüşündə deyib: "Demarkasiya sayəsində Tavuşda əldə etdiyimiz Ermənistanın müstəqilliyinin təməl daşlarından biridir. Biz qarşı tərəfin tanıdığı sərhədi qazandıq. Biz sərhədçilərin dayandığı sərhəd əldə etdik. Həmin yer demarkasiya prosesi aparılmamış yerlərdən daha təhlükəsizdir. Proses davam edir. İndi demarkasiya prosesinin davam etdiriləcəyi sahələr müzakirə edilir. Biz bu prosesi başa çatdıracağıq. Proses Gürcüstanla sərhəddən İranla sərhədə qədər davam edəcək".

Hürr Tərcüman

 

Избранный
0
hurriyyet.az

1Источники