RU

AZQAC-ın heyəti, əməkdaşları və könüllüləri ekoloji təmizlik aksiyası keçiriblər (FOTO)

Bakı. Trend:

5 may 2025-ci il tarixində Bakı şəhərinin Şüvəlan kəndində dənizkənarında AZQAC-ın rəhbər heyəti, əməkdaşları və könüllüləri Xəzərdənizi sahilində ekoloji təmizlik aksiyası keçiriblər.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti ətraf mühitin mühafizəsi vəekoloji şüurun artırılması məqsədilə növbəti sosial məsuliyyəttəşəbbüsünü həyata keçirib.Aksiya çərçivəsində dənizkənarı ərazidətoplanan plastik tullantılar, məişət zibilləri və digər ətrafmühitə zərərli materiallar könüllülərin birgə səyi ilətəmizlənib.

Həmçinin aksiya zamanı ətraf mühitin qorunmasının vacibliyinədair maarifləndirici məlumatlar paylanıb, ictimaiyyətətullantıların çeşidlənməsi və təkrar emalı ilə bağlı broşürlərtəqdim olunub.Aksiya yerli Şüvəlan bələdiyyəsinin dəstəyi ilətəşkil olunub.

Gələcəkdə bu təşəbbüsün davam etdirilərək Azərbaycanın digərbölgələrində də oxşar aksiyaların keçirilməsi planlaşdırılır.Azərbaycan Qızıl Aypara Cəmiyyəti ətraf mühitin qorunmasıistiqamətində maarifləndirici və praktik tədbirlər həyatakeçirməklə, sağlam və təhlükəsiz cəmiyyətin formalaşmasına töhfəverməkdə davam edir.

AZQAC-ın
AZQAC-ın
AZQAC-ın
AZQAC-ın
Избранный
0
2
az.trend.az

3Источники