RU

KİV: NATO Ukraynaya əlavə “Patriot” sistemləri göndərə bilər

Ukraynanın NATO-dakı müttəfiqləri bu ölkəyə əlavə “Patriot” raket sistemlərinin göndərilməsi üzrə müzakirələr aparır.

APA xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Bildirilib ki, tərəflər alyansın iyunun sonuna planlaşdırılan sammitinədək bu istiqamətdə razılığa gəlməyə çalışacaq.

Hələ ötən ay Ukrayna Prezidenti Volodimir Zelenski hökumətin ABŞ-dan 10 ədəd hava hücumundan müdafiə sistemi almaq niyyətində olduğunu açıqlayıb. Analitiklər isə ordunun hazırda işlək vəziyyətdə olan 7 ədəd “Patriot” HHM sisteminə sahib olduğunu açıqlayıb.

ABŞ-dakı rəsmi mənbələr isə Vaşinqtonun daha əvvəl İsraildə yerləşdirilən “Patriot” sistemlərini Ukraynaya göndərəcəyini ehtimal edir.

Qeyd edək ki, bir qədər əvvəl prezident Zelenski ölkəsinə bu tipli silahların tədarükünü ABŞ-dan olan həmkarı Donald Trampla müzakirə etdiyini açıqlayıb.

Избранный
0
3
apa.az

4Источники