RU

AK Avropaya dünyanın hər yerindən alimləri cəlb etmək üçün 500 milyon avro ayıracaq

Avropa Komissiyası (AK) Avropaya dünyanın hər yerindən alimləri cəlb etməklə bağlı proqramları dəstəkləmək üçün 500 milyon avro ayıracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Sorbonnada "Avropanı seç" proqramını təqdim edərkən bildirib.

"Avropa həmişə alimlərin Avropanı seçməsinə çalışacaq. Mən 2025-2027-ci illər üçün Avropaya yeni alimlər cəlb etmək məqsədilə Avropa Komissiyasının 500 milyon avro dəyərində paket ayırdığını elan etməkdən məmnunam", - o vurğulayıb.

Избранный
0
1
report.az

2Источники