Bu gün "Liverpul"dan ayrılacağını bəyan edən müdafiəçi Trent Aleksander-Arnold "Real Madrid"ə keçmək üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, Trent artıq İspaniya nəhəngi ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Mənbə hazırda ispanların sənədləri hazırlamaqla məşğul olduqlarını və İngiltərə millisinin üzvünün yaxın vaxtlarda "Kral klubu"na qoşulacağını vurğulayıb.
Xatırladaq ki, Aleksander-Arnoldun yetirməsi olduğu "Liverpul"la müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
Nihat