RU

Aİ Rusiyadan qaz idxalını qadağan etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını qadağan edən tədbirləri özündə əks etdirən qanunvericilik təklifi hazırlayır.

Banco.az xəbər verir ki, Avropa İttifaqı iyun ayında Rusiya ilə bağlanacaq yeni müqavilələr və mövcud spot müqavilələr çərçivəsində bütün qaz idxalının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təklif etməyi planlaşdırır. Qanun layihəsinin ən gec 2025-ci ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir.

Avropanın ən böyük problemi "Gazprom"un boru kəməri ilə qaz tədarükünü əhəmiyyətli dərəcədə məhdudlaşdırmasından sonra Rusiyadan idxal olunan maye təbii qazın (LNG) rekord səviyyədə artmasıdır. Rusiyadan edilən qaz idxalı Aİ-nin ümumi qaz alışlarının təxminən 19 faizini təşkil edir, halbuki müharibədən əvvəl bu göstərici 40 faizdən çox idi.

Bu asılılığı azaltmaq planını irəlilətmək üçün Aİ iyun ayında Rusiya ilə yeni bağlanacaq müqavilələr və mövcud spot razılaşmalar çərçivəsində bütün qaz idxalını qadağan etməyi təklif etməyi planlaşdırır.

Təxminən üçdə birini təşkil edən spot müqavilələri əhatə edən bu tədbirlərin ən gec 2025-ci ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir.

Çərşənbə axşamı Strasburqda açıqlanacaq planlara əsasən Komissiya həm boru kəmərləri ilə axan, həm də uzunmüddətli müqavilələr çərçivəsində LNG formasında olan Rusiya qazının idxalını qadağan edən təklifi elan edəcək. Bu qadağa 2027-ci ilin sonunda qüvvəyə minəcək.

Gələcək illərdə qlobal miqyasda bazara daxil olacaq böyük həcmdə LNG nəzərə alınaraq, Rusiya qazının mərhələli şəkildə idxalının dayandırılmasının qiymətlərə və enerji təhlükəsizliyinə məhdud təsir göstərəcəyi bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
0
banco.az

1Источники