RU

"Kartdan-karta" üsulu ilə işləyən sahibkarlar cəzalandırılıb

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti pərakəndəticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminaldeyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyatakeçirilməsi hallarının qarşısının alınması məqsədilə nəzarəttədbirlərini davam etdirir.

Dövlət xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Operativvergi nəzarəti və uçotun təşkili Baş idarəsinin apardığımüşahidələr əsasında paytaxtın Yasamal və Nəsimi rayonlarıərazisində xidmət, iaşə, pərakəndə ticarət fəaliyyəti ilə məşğulolan vergi ödəyicilərinə məxsus bir sıra obyektlərdəqanunvericliyin pozulması faktları aşkarlanıb.

Belə ki, Nəsimi rayonu Cavadxan küçəsində Nəsirov FarizAğasəddin oğluna məxsus obyektdə, həmçinin Yasamal rayonu HüseynCavid prospektində Qasımova Zeynəb Müseyib qızına məxsus obyektdənağd pul hesablaşmaları qaydalarının pozulduğu və POS-terminaldanistifadədən imtina olunduğu, müştərilərə kartdan-karta köçürmələrintəklif edildiyi müəyyənləşdirilib. Faktlar rəsmiləşdirilib və vergiödəyicilərinə nəzarət-kassa aparatı çeklərinin təqdim edilməsizərurəti, nağdsız hesablaşmalardan imtina və ya kartdan kartaköçürülmə hallarının yolverilməzliyi izah olunub.

"Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız ödənişlərinqəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və buzaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassaaparatının çeki də təqdim olunmalıdır. Mövcud qanunvericiliyəəsasən, istehlakçılara elektron ödəniş etmək imkanının yaradılmasıvergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanunpozuntuları aktlaşdırılır və belə obyektlərə qarşı maliyyəsanksiyaları tətbiq olunur. Sahibkarlar maliyyə sanksiyalarınaməruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardanistifadəni təmin etməlidirlər", - məlumatda qeyd olunub.

Избранный
0
15
az.trend.az

10Источники