Türkiyənin “Boluspor” klubunda çıxış edən Vüsal İsgəndərli komandasını dəyişə bilər.
Bu barədə İdmanxeber.az-a futbolçunun özü məlumat verib. O bildirib ki, Albaniya klublarından özünə maraq var.
İsgəndərli təklif aldığı komandanın adını açıqlamayıb. Oyunçu gələcək karyerası ilə bağlı yekun qərarını mövsümün sonunda verəcəyini bildirib.
Xatırladaq ki, millimizin sabiq üzvü bir dönəm Albaniyanın “Eqnatiya” klubunda çıxış edib. Onun “Boluspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq.