Bakı. Trend:
Daşkəsənin Bayan kəndində 1 nəfər meşəlik ərazidə itkindüşüb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Mətbuatxidmətindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə, Daşkəsən rayonununBayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkinməlumat daxil olub.
"Məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzininxilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda vətəndaş - 1952-ciil təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimalolunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlikərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir", -məlumatda qeyd edilib.