Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Nəsirov öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Newscenter.az xəbər verir ki, bu barədə Konkret.az məlumat yayıb.
Rəşad Nəsirov vəzifədən getməsinin səbəbini açıqlamasa da, saytımıza daxil olan məlumata görə, sözügedən şəxsi buna məcbur edən AHİK-dəki qeyri-sağlam iş mühiti olub. Belə ki, son aylarda AHİK sədrinə yaxınlığı ilə seçilən şəxslərin konfederasiyaya gətirilməsi və onlar üçün qurumda müvafiq şöbələrin yaradılması mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş müdirinin fəaliyyətinə təsirsiz ötüşməyib. Belə ki, AHİK sədri Sahib Məmmədova yaxın və qurumda müəyyən vəzifə tutmuş şəxslər Rəşad Nəsirovun fəaliyyətinə müdaxilə ediblər. Nəticədə Rəşad Nəsirov yaranmış qeyri-sağlam iş mühitindən uzaqlaşmağı üstün tutub.
P.S.Məsələ ilə bağlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Anar Əliyev