RU

Bakı Şəhər İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirilib

Bakı, 5 may, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 102-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib.

Məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 3500-dən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 80-nə yaxını komissiya tərəfindən seçilərək, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcək.

Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə elmi məqalələri ilə çıxışlar ediblər. Builki müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə, antirerror tədbirlərinə və digər mövzulara da xüsusi yer verilib.

 

Избранный
0
5
azertag.az

7Источники