RU

Ağadadaşın balta atdığı mühafizəçi qatarda əxlaqsız hərəkət etdiyi üçün həbs edilibmiş

Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib.

Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub.

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

"Cebheinfo.az" 

Избранный
0
17
cebheinfo.az

10Источники