RU

Ağdamda 49 yaşlı qadına it hücumu

Ağdam rayonunda 49 yaşlı qadın it hücumuna məruz qalıb. Hadisə rayonun Ergi qəsəbəsində baş verib. Zərərçəkən – Vəfa Əliyeva müxtəlif bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən verilən News365.az-a verilən məlumatına görə, pasiyentə sol qolun bazu, said, bilək, döş qəfəsi və qalça nahiyəsində kəsilmiş və didilmiş yaralar diaqnozu qoyulub və ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən qadın daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Aparılan müayinə və müalicədən sonra onun vəziyyəti qənaətbəxş hesab olunub və ambulator müalicə üçün evə buraxılıb.

Избранный
0
news365.az

1Источники