RU

Bakıda məşhur universitet TƏMİR OLUNACAQ

Bakı Slavyan Universitetində bu yay cari təmir işlərinə start veriləcək.

BAKU.WS-in əldə etdiyi məlumata görə, universitetin birinci və ikinci tədris binaları, həmçinin yataqxanası əsaslı şəkildə yenilənəcək.

Bu məqsədlə 1 milyon 842 min 327 manat dəyərində tender elan olunub.

Layihənin məqsədi universitetin tədris və yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır. Təmir işlərinin nə vaxt yekunlaşacağı barədə hələlik məlumat verilməyib.

Избранный
0
far.az

1Источники