RU

Trent Aleksandr-Arnold “Liverpul”dan ayrılacağını açıqladı

İngiltərə millisinin və “Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold klubdan ayrılacağını rəsmən açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə 25 yaşlı futbolçu instaqram hesabında paylaşım edib.

O, bunun karyerasındakı ən çətin qərar olduğunu vurğulayıb: “Bu klub mənim həyatım olub. Akademiyadan bu günə qədər hər an bir xatirəyə çevrildi. Klubdakı və klub xaricindəki hər kəsin dəstəyi məni hər zaman ruhlandırdı. İndi isə fərqli bir çağırışa hazıram. Rahat yerimdən çıxıb həm peşəkar, həm də şəxsi inkişafım üçün yeni səhifə açmaq istəyirəm”.

Arnold paylaşımında məşqçilərə, komanda yoldaşlarına, klub işçilərinə və azarkeşlərə təşəkkür edib. O, “Liverpul”da xəyallarını yaşadığını və bu illəri heç vaxt unutmayacağını bildirib: “20 ildə hər günümü bu kluba verdim. Ümid edirəm ki, sizlər də bunu hiss etmisiniz. Mənim bu kluba sevgim heç vaxt ölməyəcək”.

Xatırladaq ki, Trent Aleksandr-Arnold “Liverpul” akademiyasının yetirməsidir və əsas komandada 2016-cı ildən etibarən çıxış edir. O, klubla Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub. 

Избранный
0
qafqazinfo.az

1Источники