RU

Tramp olmasaydı, Rusiyanın Ukraynaya daha böyük ərazi iddiaları ortaya çıxardı -Politoloq

Rusiya bütün Ukraynanı istəyir.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp "NBC Nyus"a açıqlamasında deyib. 
Ağ Ev rəhbəri bildirib ki, mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiyanın indiki hissəyə (işğal etdiyi ərazilərə - red.) ehtiyacı yoxdur. 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Donald Tramp müəyyən qədər həqiqətləri ehtiva edir:

“Çünki Rusiyanın hədəflərindən biri Ukraynanın mümkün qədər daha çox mərkəzi hissələrinə sirayət etməkdir. Hesab edirəm ki, Rusiya bəlkə də Ukraynanın mərkəzində özü üçün Avropa və Baltikyanı ərazilərdən gələcək dırnaqarası təhdidləri bloklamaq üçün bufer zona yaratmasıyla bağlı açıqlamalar verərdi.  Donald Tramp belə söyləyirsə, deməli, Rusiyanın Ukraynanın daxilinə doğru irəliləməsiylə bağlı Amerika kəşfiyyatında və siyasi rəhbərliyində faktlar var. Amma hər bir halda Rusiyanın əvvəldən bu cür fikri olsa da, müharibədə istədiyi nəticəni qazanmaması nəticəsində düşüncələrindən vaz keçə bilərlər. Rusiyanın indiki məqamda bu siyasətindən geri çəkilməsinin səbəblərindən biri Amerika ilə əldə olunan razılaşmalardır. Bu baxımdan Tramp olmasaydı, Rusiyanın Ukraynaya daha böyük ərazi iddiaları ortaya çıxardı. Çünki demokratlarla Rusiya arasında heç bir danışıq imkanları yox idi. Hazırda isə Tramp və respublikaçıların dövründə həmin siyasət dəyişib və Amerikayla Rusiya müəyyən məsələləri müzakirə edirlər”.
Избранный
0
sherg.az

1Источники