RU

Hindistan Çenab çayı ilə Pakistana axının 90 faizini kəsdi

Yazını böyüt
Yazını kiçilt

Hindistan Hind Suları Müqaviləsini və beynəlxalq qanunları ciddi şəkildə pozaraq, Çenab çayından Pakistana doğru su axınının 90 faizini bağladığı üçün bu, Pakistanda potensial su böhranı ilə bağlı narahatlıqları artırıb.

Hafta.az-ın yazdığına görə, Hindistan rəsmiləri bildirib ki, Çenab çayı üzərindəki Baglihar bəndindən su ciddi şəkildə məhdudlaşdırılıb, eyni zamanda Kişanqanqa layihəsi vasitəsilə Chelum çayında su axınının qarşısını almaq üçün planlar hazırlanır. İnternetdə yayılan videogörüntülərdə Hindistan bəndlərinin Pakistana axınını nəzərəçarpacaq dərəcədə azaltdığı göstərilir.

Bu hərəkət Çenabın Baş Maralada su səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Qeyd edilir ki, iki gün əvvəl 87 min kusek olan su səviyyəsi 4300 kusekə düşüb. Hansı ki, bu nöqtədə normal axın adətən 25 minlə 30 min kusek arasında olur.

Bundan əlavə, Ravi çayında suyun axını daha çox azalıb. Hindistan 2001-ci ildən bəri Ravi üzərində üç bənd inşa edib ki, bu da Pakistanın su payını təxminən 75 faiz azaldır. Hazırda Ravi yalnız musson mövsümündə axır, ilin qalan hissəsində çay demək olar ki, quruyur.

Bütün bunlar regional gərginliyi artırır, Pakistanın kənd təsərrüfatı və su təhlükəsizliyini təhdid edir.

Избранный
0
hafta.az

1Источники