RU

Edqar Adilxanovun son vəziyyəti nə yerdədir? - AÇIQLAMA

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Şamaxı" - "Səbail" matçında (1:1) meydan sahiblərinin zədələnən yarımmüdafiəçi Edqar Adilxanovun son vəziyyətinə aydınlıq gəlib.

"Aslanlar"ın sözçüsü Yusif Hüseynlinin Fanat.Az-a verdiyi məlumata görə, gənc oyunçunun zədəsi ciddi deyil:

"Edqar ayaq barmağından xəsarət almışdı. Müayinə zamanı zədənin ciddi olmadığı müəyyənləşib. Sabahdan kollektiv məşqlərdə iştirak edəcəyi gözlənilir".

Xatırladaq ki, Adilxanov oyunun 89-cu dəqiqəsində Səbayıl Bağırovla əvəzlənmişdi.

Nihat

Избранный
0
fanat.az

1Источники