Fransalı müdafiəçi Vilyam Saliba "Arsenal"dan yalnız "Real"a görə ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu "topçular"ı tərk etmək niyyətində deyil, lakin klub kuboklar qazanmağın mümkün olduğunu sübut etməli olacaq.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Saliba 2022-ci ildən "Arsenal"da çıxış edir. Onun klubla daha iki illik müqaviləsi var.
Transfermarkt portalına görə onun bazar dəyəri 80 milyon avrodur.