RU

Bu gün Azərbaycanda5 may “Xalçaçı günü”dür! (FOTO)

Bakı. Trend:

Bu gün – mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı -“Xalçaçı günü” kimi qeyd olunur. “Azərxalça” ASC müasirAzərbaycanın əsas xalçaçılıq mərkəzi, ən böyük xalçaistehsalçısıdır. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı iləyaradılıb. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, 2016-cı iləqədər xalçaçıların peşə bayramı olmayıb. Doqquz ildir ki,“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i“Xalçaçı Günü” kimi qeyd olunur.

Artıq iki ildir ki, Azərbaycanda “Xalçaçı günü” yalnızxalçaçılar arasında deyil bütün ölkə, hətta dünya ilə birlikdəXalça Festivalları ilə qeyd olunur. 2024- cü ildə təşkil olunmuşMilli Xalça Festivalı və 2025-ci il 2-4 may tarixlərində təşkilolunmuş Beynəlxalq Xalça Festivalı bütün xalçaçıların hər kəsəhədiyyə etdiyi bir bayram oldu.

Bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsasməqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması,xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı,ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yenitexnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi,beynəlxalq sərgi və konfranslarda iştirakının təmini - bir sözlə,Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütüntədbirlərin görülməsidir.

Xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - millidəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin doğum günüərəfəsində qeyd edirlər. Bu səbəbdən bugün “Azərxalça” ASC İdarəheyətinin rəhbəri, Əməkdar İncəsənət xadimi Emin Məmmədovunbaşçılığı ilə Cəmiyyətin bir qrupu Ulu Öndərin məzarını ziyarətedib. Qeyd olunub ki, belə bir tarixi günün təsis edilməsiÜmummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidirvə Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevxalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir.

Bu
Bu
Bu
Bu
Избранный
0
2
az.trend.az

3Источники