Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 102-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 3500 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 80-nə yaxını komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.
Bildirilib ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan özünün zəngin və coxəsrlik tarixi ərzində bu gün dünyada ən xöşbəxt günlərini yaşayır.
Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər. Builki müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərə, antirerror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və digər mövzulara da xüsusi yer verilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта