RU

"Al" Marketlər bağlanır - SON DƏQİQƏ

Azərbaycanın rayonlarında və kəndlərində fəaliyyət göstərən "Al" Marketlər şəbəkəsinin dükanları bağlanır. Bu barədə GUNDEM.İNFO.AZ-a daxil olan məlumatda deyilir ki, son günlər Saatlı, İmişli və Sabirabad rayonlardakı "Al" Marketlər bağlanır. Redaksiyamıza digəər rayonlardan daxil olan məlumata əsasən kütləvi olaraq "Al" Marketlərin bağlanması haqqında qərar verilib. Buna səbəb kimi isə bu şəbəkə marketləriniun yetərincə rentabelli olmaması göstərilib.

Mövzu ilə bağlı Marketlər Şəbəkəsindən cavab ala bilmədik.

Qeyd edək ki, "Al" Marketlər şəbəkəsinin sahibi Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. "Al Market” MMC isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adem Tansel Tuzcudur.

AL MARKET supermarketləri müvafiq olaraq "Bazarstore” MMC və "Al Market” MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan "Azərsun Holdinq”ə bağlı olduğu bildirilir.
 
 
 

 
 

Избранный
0
14
7news.az

10Источники