RU

Ələt hava limanında nəqliyyat-logistika məsələləri investorlar üçün əlverişli olacaq

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının tikintisi işləri aparılır.

Bu barədə "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbirdə çıxış edərkən Ələt Azad İqtisadi Zonası səlahiyyəti qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

Onun sözlərinə görə, 750 hektar ərazidə inşa olunan hava limanının ilkin olaraq yükdaşıma üçün istifadəsi nəzərdə tutulsa da, artıq qərar verilib ki, bu hava limanı beynəlxalq hava limanı statusuna malik olsun.

"İnvestorlar üçün çox önəmli məsələlərdən biri də nəqliyyat-logistika məsələləridir. Bildiyiniz kimi, Ələt Azad İqtisadi Zonası beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi nöqtədə, Bakı limanının yanında yerləşir. Hava limanı tikiləndən sonra investorlar üçün bütün nəqliyyat-logistika məsələləri çox sadə və əlverişli şəraitdə həll olunacaq",- Valeh Ələsgərov qeyd edib.

Избранный
0
vergiler.az

1Источники