RU

Hər kilometrə 27 ölüm

Ötən il Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiya qüvvələri üçün ən ölümcül il olub. BBC-nin məlumatına görə, Rusiya Ukraynada ciddi itkilər verib. Ölkə qəbiristanlıqlarından, hərbi memoriallardan və nekroloqlardan əldə edilən məlumatlar Putin ordusunun hazırkı vəziyyətini üzə çıxarıb.

2024-cü ildə ən azı 45 287 nəfər həlak olub. Bu rəqəm müharibənin birinci ilindən demək olar ki, üç dəfə çoxdur. Bu, həm də müharibənin ən uzun və ən ölümcül döyüşünün Baxmutda baş verdiyi 2023-cü ildəki itkiləri xeyli üstələyir.

Müharibənin əvvəlində əsas nöqtələr uğrunda gedən döyüşlər zamanı itkilər baş verdi. Cəbhə xətti 2024-cü ildə yavaş-yavaş irəlilədikcə, ölənlərin sayı aydan-aya artıb və bu, Rusiyanın ələ keçirdiyi Ukrayna ərazisinin hər kilometrinə görə ən azı 27 həyatını itirdiyini göstərdi.

“BBC Russian”, müstəqil media təşkilatı “Mediazona” və könüllülər qrupu ilə əməkdaşlıq edərək, Rusiya qəbiristanlıqlarından və nekroloqlardan açıq mənbə məlumatlarını işləyib.

***

İndiyədək Ukrayna müharibəsi zamanı həlak olan 106 745 rus əsgərinin adı məlum olub. Real rəqəmin daha çox olduğu bildirilir. Hərbi ekspertlər BBC-nin rəqəmlərinin ölümlərin 45-65 faizini əhatə etdiyini, yəni 164.223 ilə 237.211 nəfər arasında olduğunu təxmin edirlər.

20 fevral 2024-cü il Rusiya qüvvələri üçün 2024-cü ilin ən ölümcül günü olub.

***

2023-2024-cü illərdə Müdafiə Nazirliyi ilə müqavilə bağlayan minlərlə könüllü cəmi 10-14 gündən sonra cəbhəyə yola salınıb. Mütəxəssislər deyirlər ki, belə qısamüddətli təlim onların sağ qalma şansını əhəmiyyətli dərəcədə azaldıb.

Rusiyanın Başqırdıstanda ən çox ölüm qeydə alınıb. Respublikada 4,836 ölüm təsdiqlənib. Ölənlərin əksəriyyəti kənd yerlərindən olub, 38 faizi isə döyüşlərə heç bir hərbi təcrübəsi olmadan gedib.

***

Ufada rus ordusu ilə müqavilə imzalamaq üçün 67 min 575 rubl birdəfəlik ödəniş bölgədəki orta əmək haqqının 34 qatını təşkil edib. Açıq mənbə məlumatlarından ölümlərin hesablanması natamam ola bilər.

Çünki son aylarda şəhid olan əsgərlərin əhəmiyyətli bir hissəsinin cəsədləri hələ də döyüş meydanında ola bilər və bu cəsədlərin çıxarılması əsgərlər üçün risk yaradır.

***

Özünü qondarma Donetsk və Luqansk Xalq Respublikalarının tərkibində Ukraynaya qarşı döyüşənlər daxil edildikdə, Rusiya qüvvələrinin faktiki ölənlərin sayı xeyli artır.

Nekroloqların və itkin döyüşçülərin axtarışlarının qiymətləndirilməsi göstərir ki, 2024-cü ilin sentyabrına qədər 21.000 ilə 23.500 arasında əsgər öldürülmüş ola bilər.

Bu, ölənlərin ümumi sayını 185,000 ilə 260,700 hərbçiyə qədər artıracaq.

Избранный
0
vaxt.az

1Источники