RU

Su Meliorasiya Xidməti 100-cü tenderini elan etdi

Regional Su Meliorasiya Xidməti" Publik Hüquqi Şəxsi bu il 100-cü tenderini elan edib. 

Valyuta.az xəbər verir ki,elan olunan satınalma predmeti  “sərnişin yük avtomobilləri”nin (Pikap) satın alınması ilə bağlıdır. 

Müqavilə bağlayacaq tərəf üçün təyin olunmuş qiymət 1 milyon 973 min 988 manatdır.

Məlumata görə, təkliflərin son təqdim edilmə tarixi may ayının 29-u qeyd olunub. Ümumiyyətlə bu ilin may ayında Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsi 11 tender elan edib. 

Bu tenderlər üçün təyin olunan ümumi qiymət 8 milyon 606 min 905 manat olub. 

Sərvanə Rəmixanova

Избранный
0
valyuta.az

1Источники