
Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan-Rusiya münasibətləri kontekstində qalmaqallı bəyanatla çıxış edib.
Reyting.az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, A. Simonyan bu gün keçirdiyi brifinqdə deyib ki, ölkəsinə qarşı hibrid müharibə aparılır.
“Mülki Müqavilə” partiyasının reytinqi barədə danışan Simonyan bildirib ki, “kənardan çoxlu pul xərclənir”. “Şimal qonşudan”, - deyə Simonyan jurnalistlərin işarəsi ilə razılaşaraq Rusiyanın adını çəkib.
Onun sözlərinə görə, Ermənistana qarşı hibrid müharibə aparılır, bu, vaxtaşırı qızışdırılır, bu işə erməni soyadlı bəzi rusiyalı ekspertlər cəlb də olunur və “hakimiyyəti dəyişməyə”, mitinqlər elan etməyə çalışırlar.
E.KAMAL