RU

Ermənistan müxalifəti Paşinyanı müharibə etməməkdə ittiham edir- ÖZƏL

"Ermənistan baş naziri Nikol Paşinyan regionlarda keçirdiyi görüşlərdə "Tarixi Ermənistandan" imtina edərək,  "Real Ermənistan" proqramını qeyd edir. Mövcud siyasi vəziyyətin Ermənistanın dövlətçiliyi üçün uğurlu olduğunu diqqətə çatdırır. Erməni əhalisini reallıqları qəbul etməyi və indiki sərhədlər daxilində dövlətçiliyi möhkəmləndirməyin əsaslarını təbliğ edir. Bu proqramla Paşinyan seçkiqabağı müxalifətin onun üzərinə Qarabağ məsələsində gəlməsini neytrallaşdırır.  
O, ölkədə müxalifətin Qarabağ məsələsindən istifadə etməsini, real Ermənistan üçün təhlükəli olduğunu bəyan edir. Ermənistanda "Qarabağ hərəkatının" bitdiyini, buna imkan verməyəcəyini bildirib. Bununla N.Paşinyan kifayət qədər Robert Koçaryan və Serj Sarkisyan tandeminin üzərinə gedir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Müxalifət isə, yenidən ənənəvi Qarabağ məsələsinə qayıdıb. Meydanlara Qarabağdan gedən ermeniləri çıxarmaq və onların geri qayıtması məsələsini qabartmaqla N. Paşinyana təzyiq etməyə çalışır. Bu müxalifətin uğursuz və köhnəlmiş metodudur. Məhz keçmiş prezident Serj Sarkisyan Yerevanda tələbələrlə görüşündə vaxtı ilə Şuşanın işğal planın xəritəsini təqdim edib. S. Sarkisyan timsalında keçmiş liderlər hələdə öz "qalibiyyətlərinin" kölgəsində gizlənməklə, Ermənistan siyasi cəmiyyətində qələbə axtarır. Amma, unudurlar ki, erməni əhalisi onları yenidən Baqramyan küçəsində hökumət evinə gətirməyəcək. S. Sarkisyan tələblərlə görüşündə Qarabağ məsələsini gündəmə gətirməklə, revanşist açıqlamalar verib. 

Göründüyü kimi, Müxalifət eyni ritorikadadir və seçkiyə Qarabağ məsələsini əllərində şuar tutaraq gedir. Hələdə müxalifət N. Paşinyanı erməni ərazilərini təhvil verməkdən günahlandırırlar. N. Paşinyanda onlara cavab olaraq "hansı əraziləri təhvil verdim" -deyərək sual verir?! Bir növ N. Paşinyan müxalifəti yenidən Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirməkdə iddiham edərək, onların müharibədə maraqlı olduğunu xalqa çatdırır. Əslində Sarkisyan və Koçaryanın Qarabağ məsələsindən istifadə etməsi N. Paşinyanın maraqlarına cavab verir. Çünki, xalq Qarabağ məsələsini qəbul etmir və yeni müharibəni rədd edir. Bu da müxalifətin seçkidə  məğlubiyyəti deməkdir.

Ermənistan müxalifəti Azərbaycanla sülhün əldə edilməsinə olan əngəlli götürməsini  Paşinyandan tələb etmir. Əslində normal müxalifət N. Paşinyanı sülh müqaviləsini gecikdirmək də iddiham etməlidir. Əgər, Ermənistanda müxalifət sülh gündəliyini öz proqramına salarsa, seçkilərdə qələbə qazana bilərlər. Təbii ki, sülh proqramı şüar deyil, konkret əsaslara söykənməli və Azərbaycanda buna etiraz etməməlidir. Amma, Ermənistan müxalifəti isə, N. Paşinyanı müharibə etməməkdə ittiham edir. Belə olan təqdirdə müxalifətin qələbə əldə etməsi mümkün olmayacaq. Ermənistanda hələki reallıqları qəbul edən N. Paşinyan və onun komandasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники