TƏBİB şəkər xəstəsinin şikayəti ilə bağlı Musavat.com-un sorğusuna cavab verib.
TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiyalar Departamentindən sorğumuza cavab olaraq bildirilib:
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 87 nömrəli qərarı ilə şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcmi, o cümlədən insulin və digər şəkərsalıcı dərman preparatlarının illik miqdarı hesablanır.
Beləliklə şəkərli diabet xəstələrinə insulin, şəkərsalıcı həb və özünənəzarət vasitələri verilməsi hazırda qüvvədə olan Qərara əsasən, insulinterapiya alan şəkərli diabet xəstələrinə (xəstəliyin tipindən asılı olmayaraq) sutkada 40 vahid insulin, şəkərsalıcı həb alanlara 2 şəkərsalıcı həb, kombinə olunmuş terapiya alanlara isə 40 vahid insulinlə birgə 2 şəkərsalıcı həb verilir”.
Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan vətəndaş Məmmədova Ülviyyə Saday qızı redaksiyamıza ünvanladığı məktubunda qeyd etmişdi ki, ona şəkərli diabetin II tipi diaqnozu qoyulub və həkimlər vəziyyətinin ciddi olduğunu təsdiqləsə də, dərman təminatında dəyişiklik edilmir:
“Son aylar dərmanların miqdarını xeyli azaldıblar və deyirlər ki, Nazirlər Kabinetinin qərarına əsasən, 40 vahiddən artıq insulin verilə bilməz. Halbuki, mən gündəlik 85-90 vahid insulin vururam. Bu qədər yüksək dozanı qəbul edən biri birdən-birə 40 vahidə necə endirə bilər? Bu, mənim üçün həyati təhlükə deməkdir, ayağım tamamilə kəsilə bilər. Aprel ayında dərman verilmədi, gələn ay da ala bilməyəcəyim bildirilib. Bu isə mənim üçün ölüm hökmü kimidir. Axı mən dərmandan asılı adamam”.
Daha ətraflı “Şəkərli diabet xəstəsindən şikayət: “Dərmanlarımı vermirlər”” (https://musavat.com/news/sekerli-diabet-xestesinden-sikayet-dermanlarimi-vermirler-foto_1165011.html) yazısında öyrənə bilərsiniz.
Şikayətçi bildirmişdi ki, əgər qanunda dərmanların 40 vahidlə verilməsi qeyd edilibsə, bu qayda niyə əvvəldən tətbiq edilmirdi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта