RU

Nihat yeni görünüşü ilə gündəm oldu - Foto

Türkiyəli müğənni Nihat Doğan da kosmetoloji prosedura müraciət edənlər sırasına qoşulub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, xüsusi üz baxımı və qaşlarını mikrobleydinq etdirən müğənninin bu görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub.

Belə ki, kişilər arasında saç əkimi, botoks və cavanlaşma tətbiqlərinə üstünlük verilərkən, Doğan həm də fərqli bir prosedura əl atıb.

49 yaşlı müğənni seyrək qaşları üçün mikrobleydinq etdirib. Doğana qaşlarından əlavə, əməliyyatsız üz cavanlaşdırma baxımı da tətbiq olunub.

Sənətçinin pərəstişkarlarından bəziləri onun yeni qaşlarını bəyənsə də, digərləri kişilərin belə prosedurları etdirməməli olduğunu bildirib. 

Qeyd edək ki, daha öncə Gökhan Özen, Mustafa Sandal və Rafet El Roman kimi sənətçilər də bu prosedura üz tutmuşdu.





Избранный
0
1
qafqazinfo.az

2Источники