Finlandiya, İsveç və Böyük Britaniya mayın 12-dən 31-dək Finlandiyanın Laplandiya şəhərində hərbi təlimlər keçirəcək.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə mayın 5-də Finlandiya Quru Qoşunlarının saytında məlumat verilib.
Departamentdən dəqiqləşdiriblər ki, təlimlər Rovayarvi poliqonunda baş tutacaq. Onlarda ümumilikdə 6,5 minə yaxın insan iştirak edəcək ki, onlardan 350-si Böyük Britaniyadan, 900-ü isə İsveçdən olacaq.
Təlim direktoru Yukki Vuorisalminin sözlərinə görə, bu təlimlər Finlandiya müttəfiqləri ilə birgə keçirdiyi əvvəlki illərdə keçirilən təlimlərin davamıdır.
QAZİLER.AZ