Turizm təyinatlı təşkilat rəhbərlərinin təşəbbüsü ilə səfirlikdə baş tutan görüşdə iki ölkə arasında son 10 il ərzində turizm və qonaqpərvərlik sahəsində mümkün əməkdaşlıq, həm Azərbaycanın, həm də Türkiyə turizminin bu istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub.
Görüş zamanı həmçinin, turizm sahəsində həyata keçirilən təşəbbüslər, Türkiyə ilə potensial əməkdaşlıq imkanları və Turan Qastro Turizm Akademiyasının fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Hörmətli səfir Prof. Dr. Birol Akgün cənabları Sumqayıtda yerləşən mərkəzimizə dəvət olunmuşdur. Görüşdə iki qardaş ölkə arasında təhsil və turizm sahəsindəki strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanmışdır. Səfir iki ölkə arasında turizm sahəsində həyata keçiriləcək, layihələrə dəstək veriləcəyini əminlikdə ifadə etmişdir. Yeni təyin olunan səfirə işlərində müvəfdəqiyyətlər arzulanmışıdr.





