RU

Cəmi 2 şagirdi olan Dico məktəbi - AÇIQLAMA

Sosial şəbəkələrdə Lerik rayonunun Dico kəndində yerləşən məktəbin görüntüləri yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, birotaqlı məktəbin fəaliyyətinin dayandırıldığı barədə iddialar yayılıb.

Məsələ ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. Müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir.

Bildirilib ki, rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də, daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır.

"Ötən il rasionallaşdırma prosesinə cəlb olunan zaman Lerik rayonu Dico kənd ibtidai ümumtəhsil məktəbinin müxtəlif siniflərində cəmi 2 şagird təhsil alıb. Cari tədris ilindən etibarən şagirdlərdən biri Lerik rayon Tikəband kənd tam orta ümumtəhsil məktəbində, digəri isə Davradibi kənd ümumi orta ümumtəhsil məktəbində təhsil alır və daşınması məqsədilə nəqliyyat vasitəsi ayrılıb.

Bildiririk ki, rasionallaşdırılmaya təqdim edilən məktəblərin hər birinə fərdi qaydada yanaşılıb, bu müəssisələrdə təhsil alan şagirdlərin təhsil almaq hüququ və tədrisin fasiləsizliyi həmin və ya digər məktəbdə təmin edilib", - açıqlamada qeyd olunur.

Избранный
0
3
bakivaxti.az

4Источники