RU

Hindistanla müharibə vəziyyətində Pakistanda sursat çatışmazlığı yarana bilər - KİV

Hindistanla mümkün müharibə səbəbindən Pakistanda artilleriya sursatlarının çatışmazlığı aşkar edilib. Çünki sursatlar son zamanlar Ukrayna və İsrailə verilib.

Herbiand.az bildirir ki, bu barədə Hindistan KİV-ləri yazıb.

Hindistan kəşfiyyatının məlumatına görə, hazırkı ehtiyatlarla Pakistan yüksək intensiv döyüş əməliyyatlarını yalnız dörd gün davam etdirə biləcək. Bu çatışmazlıq, müharibələrin davam etdiyi digər ölkələrə, xüsusən Ukrayna və İsrailə böyük həcmdə döyüş sursatının ixracı səbəbindən yaranıb.

Hindistanlı jurnalistlərin fikrincə, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Pakistanın sursat zavodları bu ölkənin gizli tədarükçülərinə çevrilib.

Qeyd olunub ki, təkcə 2023-cü ilin fevralından mart ayına qədər Pakistanın Ukraynaya “Qrad” BM-21 sistemləri üçün 42 min 122 mm-lik raket, 60 min 155 mm-lik haubitsa mərmisi və daha 130 min 122 mm-lik raket göndərdiyi iddia edilir. Pakistan bundan 364 milyon dollar gəlir əldə edib.

Buna görə, Pakistanın əsas silahları - M109 haubitsaları və “Qrad” raket sistemləri təminatsız qalıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
herbiand.az

1Источники