Təhlükəsizlik məqsədilə Sevastopolda Qələbənin 80 illiyi şərəfinə parad keçirilməyəcək.
Herbiand.az TASS-a istinadən xəbər verir ki, bu barədə qubernator Mixail Razvojaev şəhər hökumətində aparat iclasında bildirib.
"Məlum səbəblərə görə biz bayram tədbirlərinin cədvəlini dərc etməyəcəyik. Bu il Sevastopolda Qələbənin ildönümü şərəfinə parad olmayacaq, bu mövqe Müdafiə Nazirliyi ilə razılaşdırılıb".