RU

Tramp məşhur Alkatras həbsxanasını yenidən açır

ABŞ Prezidenti Donald Tramp bir vaxtlar ən təhlükəli cinayətkarların saxlanıldığı məşhur Alkatras həbsxanasının yenidən qurulmasına və açılmasına göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Bu gün mən Həbsxanalar Bürosuna Amerikanın ən amansız cinayətkarlarını yerləşdirmək üçün Alkatrası yenidən açmağa çağırıram”, - Tramp bildirib.

Onun sözlərinə görə, həbsxananın yenidən açılışı qanun, asayiş və ədalətin simvoluna çevriləcək.

Qeyd edək ki, San-Fransisko körfəzindəki adada yerləşən Alkatras XIX əsrin ortalarında qala kimi tikilib və 1934-cü ildə ən təhlükəli cinayətkarlar üçün federal həbsxanaya çevrilib. Həbsxananın təxminən 30 illik tarixində 36 nəfər qaçmağa cəhd edib, lakin heç biri buna nail ola bilməyib.

Həbsxana 1963-cü ildə yüksək xərclər və infrastruktur problemlərinə görə bağlanıb.

Избранный
0
axar.az

1Источники