
Əlilliyi olan şəxslərin sosial müdafiəsi və cəmiyyətə inteqrasiyası sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində mühüm irəliləyişlər əldə olunub. 2018-ci ildən bəri sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Məsələn, minimum pensiya 2,5 dəfə, müavinət və təqaüd ödənişləri isə 5 dəfə artıb.DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılaraq, əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişafında və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Mərkəzdə 14 istiqamət üzrə təlimlər təşkil olunur və 2024-cü ilin iyul ayına qədər 570-dən çox benefisiar bu təlimlərə cəlb edilib .Əlilliyi olan şəxslərin hüquqlarının qorunması istiqamətində də əhəmiyyətli addımlar atılıb. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT Konvensiyasından irəli gələn öhdəliklər əsasında, işarət dili və əlçatan informasiya imkanları ilə bağlı yeni hüquqi təminatlar yaradılıb.Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və avtomobillə təminatı proqramı genişləndirilib. 44 günlük Vətən müharibəsindən sonra bu proqram 5 dəfə genişlənərək, postmüharibə dövründə 6,3 min, ümumilikdə isə 16 min mənzil və fərdi ev təqdim edilib.Reabilitasiya sahəsində də əhəmiyyətli islahatlar həyata keçirilib. Əlilliyi olan şəxslərin reabilitasiya xidmətlərinə çıxışı genişlənib, illik xidmət sayı 123 min nəfərə çatıb.Bundan əlavə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yüksək texnologiyalı protezlərlə təmin edilərək, cəmiyyətə fəal şəkildə inteqrasiya olunublar.Əlilliyi olan şəxslərin məşğulluq və özünüməşğulluq imkanlarının artırılması da diqqət mərkəzindədir. Paralimpiya hərəkatı ildən-ilə daha da genişlənir .✍️"Ulusum".az
Diqqət Çəkənlər
Hava Proqnozu 5 May 2025
Xalq artisti Fuad Poladovun anım günüdür - FOTO
Selçuk Bayraktar: “TEKNOFEST bir millətin oyanış hekayəsidir"