RU

Ferstappen pouldan başladı, Piastri qələbə ilə tamamladı (FOTO)

Bakı. Trend:

Formula 1-in 75-ci ildönümü mövsümünün ilk dörddə biri geridəqalıb və bu həftəsonu Mayamidə mövsümün okeanın o tayındakı ilkyarışı baş tutub. Küçə trasında keçirilən yarış azarkeşləri soyuqvə yağışlı hava ilə qarşılayıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumatagörə, altı sprint yarışından ikincisi də Mayamidə keçirilib. Cüməgünü yalnız bir saatlıq sərbəst yürüşdən sonra sürücülər sprintsıralanma turuna çıxıblar. Gərgin mübarizə şəraitində “Mercedes”indebütantı Andrea Kimi Antonelli sensasion qələbə qazanaraq“McLaren” sürücülərini qabaqlayıb.

Şənbə səhəri keçirilən sprint yarışına yağış səbəbindən gecikmişstart verilib. Antonelli birinci döngədə yer tapa bilmədiyi üçünPiastri, Norris və Ferstappenə yol verib. İlk olaraq quru təkərlərəkeçən “Ferrari”nin təcrübəli sürücüsü Lyuis Hemilton bu qərarı iləpodiumun son pilləsinə yüksəlib. Lando Norris isə pit-stopunuTəhlükəsizlik Maşınının (TM) dövrəsində edərək liderliyə yüksəlibvə finişə qədər mövqeyini qoruyub. “McLaren” Piastrinin ikinci yeriilə mövsümdə ilk sprint dublunu yaşayıb.

Günün ikinci yarısında əsas yarış üçün sıralanmamüəyyənləşdirilib. Mövsümdə ilk dəfə Hemilton son sessiyaya keçəbilməyib. Final sessiyada Maks Ferstappen Lando Norrisi 0.065saniyə qabaqlayaraq poul mövqeyini qazanıb.

Yarış günü yağış ehtimalına baxmayaraq, hava günəşli keçib.Ferstappen liderliyini qorusa da, Landonu sıxışdırdığı üçünbritaniyalı altıncı yerə geriləyib. Oskar Piastri isə sürətləirəliləyərək 14-cü dövrədə Ferstappeni də geridə qoyub və liderliyiələ keçirib. Ferstappen əvvəlcə ikinci, daha sonra isə üçüncü yeridə itirib. Virtual Təhlükəsizlik Maşını dövrəsində pitə girən CorcRasl yumşaq təkərlərlə trasa qayıdaraq podiuma yüksəlib.

Yarışın sonlarında “Ferrari” sürücüləri arasında gərgin mübarizəgedib. Lekler komanda yoldaşı Saynsı keçib, Lyuis isə fürsətdənistifadə edərək irəliləyib. Sayns daha sonra Hemiltonu geridəqoyaraq mövqeyini bərpa edib. Son döngələrdə “Ferrari” və“Williams” maşınları arasında təmas yaşansa da, hər iki sürücüfinişə çata bilib.

Beləliklə, Oskar Piastri mövsümdə ardıcıl üçüncü, ümumilikdə isədördüncü qələbəsini qazanıb. Norris ikinci yeri tutaraq “McLaren”əmövsümdə ikinci dublu yaşadıb. Rasl isə dördüncü podiumunu əldəedib. Pouldan başlasa da, Ferstappen yalnız dördüncü yeri tutub.Onun ardınca Aleks Elbon (Williams) beşinci, Antonelli isə altıncıolub. “Ferrari”dən Sayns 9-cu, “Red Bull”dan Yuki Tsunoda isə 10-cuolaraq son xalı qazanıb.

Bu nəticələrlə Oskar Piastri 131 xalla liderliyinimöhkəmləndirib. Norris 115, Ferstappen isə 99 xalla onların ardıncagəlir. Komandalar arasında “McLaren” 246 xalla liderdir və“Mercedes” üzərində 105 xal üstünlüyə malikdir.

İki həftə sonra mövsüm İtaliyanın əfsanəvi İmola trasında davamedəcək.

Ferstappen
Ferstappen
Избранный
0
2
az.trend.az

3Источники