RU

Tramp: “Rusiyaya qarşı yeni sanksiyalar Ukrayna ilə sülhə bağlıdır”- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi Moskvanın Rusiya-Ukrayna münaqişəsinin həllində atacağı addımlardan asılı olacaq. Olaylar.az xəbər verir ki, bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə danışıb.
"Bu, Rusiyanın sülhə doğru addım atıb-atmayacağından asılıdır. Biz sülh sazişi istəyirik. İstəyirik ki, Rusiya və Ukrayna razılığa gəlsin. Düşünürük ki, bu razılıq artıq çox da uzaqda deyil", - deyə Tramp bildirib.
Prezidentin sözlərinə görə, o, bu sazişin bağlanmasında həm insanların ölümünün qarşısını almaq, həm də böyük maliyyə xərclərindən yayınmaq məqsədi güdür.
"Avropa Ukraynaya bizim xərclədiyimiz pulların cəmi üçdə birini xərcləyir", - deyə Tramp vurğulayıb. O, həmçinin əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli Avropa üçün ABŞ-dan daha vacibdir.
Tramp qeyd edib ki, Avropa liderləri dəfələrlə ondan Rusiya Prezidenti Vladimir Putinə zəng etməsini istəyiblər, çünki Putin onların zənglərinə cavab vermirmiş.
Qeyd edək ki, bundan əvvəl ABŞ senatoru Lindsi Qrem qanun layihəsi hazırlayıb. Sənəddə Rusiyanın Ukrayna ilə atəşkəsə razılaşmadığı təqdirdə, bu ölkəyə qarşı ilkin və ikincili sanksiyaların tətbiqi nəzərdə tutulur. Qanun layihəsinə əsasən, Rusiya nefti, qazı, uranı və digər məhsullarını alan ölkələrə 500 faiz gömrük rüsumu tətbiq edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники