RU

“Real”ın hücumçusu “Arsenal”a keçə bilər

“Real”ın hücumçusu Rodriqo karyerasını “Arsenal”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, londonlular 24 yaşlı braziliyalının mümkün transferində maraqlıdırlar.  Daha əvvəl yerli mətbuat “Real”ın Rodriqo ilə 100 milyon avro təzminat qarşılığında yolları ayrılmağa hazır olduğu yazmışdı.

Futbolçunun müqaviləsi 2028-ci ilin yayında başa çatır. “Transfermarkt” portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.

Bu mövsüm 50 matçda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Избранный
0
idmanxeber.az

1Источники