RU

Teymur Musayev: “Əlverişli biznes mühiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır”

“Milli qanunvericilikdə aparılan islahat tədbirləri, əlverişli biznes mühiti, cəlbedici investisiya şəraiti əczaçılıq sənayesinin inkişafı üçün geniş imkanlar açır”.

Bunu "Azerbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah" adlı tədbirdə çıxış edərkən səhiyyə naziri Teymur Musayev deyib.

Nazirin sözlərinə görə, ölkə ərazisindəki xüsusi iqtisadi zonalarda müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş əczaçılıq müəssisəsi qurulub, xarici tərəfdaşlarla birgə müəssisələr təsis edilib.

"İşğaldan azad olunmuş ərazilər də daxil olmaqla, respublikanın müxtəlif bölgələrində yaradılan sənaye parkları ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır. Pirallahı Sənaye Parkında yaradılan Diamed, R-Pharm kimi əczaçılıq müəssisələri fəaliyyətlərini əczaçılıq məhsullarına olan daxili tələbatı ödəməyə və gələcəkdə ixrac potensialını artırmağa yönəldirlər",- nazir qeyd edib.

Избранный
0
vergiler.az

1Источники