RU

Mingəçevirdə partlayış oldu -

Mingəçevirdə mənzildə baş verən qaz sızması səbəbindən ani partlayışla bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Məhsəti küçəsində yerləşən və Yol Maşınları Zavoduna məxsus 5 mərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində qeydə alınıb. Qazı yandırmaq istərkən ani partlayışla üzləşən 1983-cü il təvəllüdlü Cəfərova Elnurə Hafiz qızı əl dirsək və üz nayihəsindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Qadın dərhal xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Elnurə Cəfərovaya sağ əl və dirsək nahiyyəsinin, həmçinin üz yanığı diaqnozu qoyulub.

Ona dərhal zəruri tibbi yardımlar edilib. Daha sonra durumu stabilləşən qadın ambulator müalicə üçün evə buraxılıb. Yaşadığı yataqxanada Elnurə Cəfərova hadisənin baş vermə səbəbi barədə danışaraq deyib: "Mətbəxdə qazı yandırmaq istəyirdim. Qazı açıq qoyub, alışqanı götürməyə getdim. Dönüb yandırmaq istəyərkən anidən bu hadisə baş verdi və çox da ağır olmayan xəsarətlər aldım. Xəstəxanada zəruri yardım göstərildi. Şükür indi yaxşıyam".

***

Mingəçevirdə qaz sızmasından mənzildə partlayış olub.

Metbuat.az Teleqaf-a istina hadisə Məhsəti küçəsində yerləşən mənzildə baş verib.

Anidən qaz sızmasından baş verən partlayış nəticəsində həmin ünvanda yaşayan 1983-cü il təvəllüdlü E.Cəfərova üz və əlindən yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
0
1
metbuat.az

2Источники