RU

Fransada Eyüp Sultan Məscidi açıldı

Fransanın şimalındakı Rubaix şəhərində 3 min nəfərlik ibadət sahəsi olan və tikintisi təxminən 12 il davam edən Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı Eyüp Sultan məscidinin açılışı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TRT Haber məlumat yayıb.

Bildirilib ki, tikintisi təxminən 12 il davam edən məscid Osmanlı memarlığından ilhamlanaraq inşa edilib.

Məscidin hündürlüyü 23 metr olan 1 minarəsi, 15 metr hündürlüyündə 1 baş günbəzi və 7 kiçik günbəzi var. 

Məscidin mərmərləri Konyadan, qapıları Maraşdan gətirilib və yerdə xüsusi Manisa yun xalçasından istifadə edilib.

Избранный
0
operativmm.az

1Источники