AzVision.az xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin yazdığına görə, beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiya güzəştə getmək niyyəti nümayiş etdirmir. Qərb hökumətlərindəki yüksək vəzifəli məmurların fikrincə, buna səbəb dərin daxili siyasi, iqtisadi və sosial amillərdir.
“Çünki Rusiya hələ də hərbi məqsədlərinə çatmayıb. Müdafiə sənayesi nəhəng investisiyalarla doludur. Yüz minlərlə rus müharibədən yaxşı pul qazanır. Bütün bunlar Putinin güzəştə getməsini çox çətinləşdirir”,- nəşrin dərc etdiyi materialda deyilir.
Rusiyalı iqtisadçıların fikrincə, hərbi sənaye kompleksinin üstünlük təşkil etdiyi sektorlar nəzərə alınmasa, Rusiya iqtisadiyyatı faktiki olaraq tənəzzül vəziyyətinə düşəcək. Qida istehsalı, kömür, tikinti materialları, metal məmulatları və ya maşınqayırma kimi bir çox sənaye sahələrində azalma müşahidə olunur. İstehsal azalrı və yalnız madafiə sənayesi tənəzzülü ört-basdır edir.
Ekspertlərin iddiasına gröə, müharibə veteranları Putin üçün ayrıca təhlükə yaradır. Onların bir çoxu cəbhədən qayıdaraq, xüsusən də həyat səviyyəsi aşağı və iqtisadi perspektivləri məhdud olan regionlarda sosial qeyri-sabitlik mənbəyinə çevrilə bilər.
- Müharibə bitdikdən sonra geri qayıdan veteranlarla iş Putin üçün çətin olacaq. Cəbhəyə könüllü kimi gedənlər əksər hallarda orta əmək haqqını bir neçə dəfə üstələyən ödənişlər alırdılar. Bu, təkcə artan maaşlara deyil, həm də cəbhəyə cəlb edilmək üçün 40 min avrodan çox olan birdəfəlik mükafatlara aiddir”,- Almaniya Beynəlxalq və Təhlükəsizlik məsələləri institutunun Rusiya üzrə eksperti Marqaret Klyayn vurğulayır.
Onun sözlərinə görə, Kreml bu insanlara iqtisadi gələcək təklif edə bilməsə, zorakılıq dalğası riski artacaq.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта