RU

“Xəritədə yüzlərlə hərbi texnika və minlərlə ukraynalı hərbçinin qalıqları göstərilir” - Rusiya təhlükəsizlik agentliyinin nümayəndəsi

Rusiya ordusunun hərbçiləri Kursk sərhəd bölgəsində ələ keçirilən Ukrayna Silahlı Qüvvələrinin texnikasının sonrakı təxliyəsi üçün xəritədə onların koordinatlarını qeyd edirlər.

Herbiand.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələri bildirib.

Məlumata görə, xəritə dinamikdir və qənimətlər təxliyyə olunduqca tez-tez dəyişir. Söhbət yüzlərlə hərbi texnikadan gedir.

“Xəritədə yüzlərlə hərbi texnika və minlərlə ukraynalı hərbçinin qalıqları göstərilir. Xəritə dinamikdir və daim dəyişir, çünki qənimətlər təmir üçün təxliyə edilir və məhv edilmiş ukraynalı əsgərlərin cəsədləri Rusiya morqlarına göndərilir”, - TASS təhlükəsizlik agentliyinin nümayəndəsindən sitat gətirib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
herbiand.az

1Источники