RU

Ər keçmiş arvadını küçədə öldürdü

İstanbulda gündüz saatlarında dəhşətli qadın qətli törədilib. 

News24.az xəbər verir ki, 34 yaşlı Bahar Aksu keçmiş əri və dostları tərəfindən qaçırılmağa cəhd edilib. 

Ekol TV-nin təqdim etdiyi görüntülərdə keçmiş həyat yoldaşı Bahar Aksunu zorla maşına mindirməyə çalışıb. Lakin gənc qadın müqavimət göstərəndə güllələnərək öldürülüb. 

Cinayətin ardından hadisə yerinə gələn polis qrupları, hücumla əlaqəsi olduğu ehtimal edilən 3 nəfəri nəzarətə götürüb. İstintaq davam edir.

Günel Məlikzadə

Избранный
0
news24.az

1Источники